intihar fikirlesir

Son zamanlar ölkədə intiharların sayı sürətlə çoxalır. Bu isə haqlı narahatlığa səbəb olub. Görəsən, insanların özlərinə qəsd etməsinin səbəbləri nədir? Bunun qarşısı necə alına bilər?

Globalinfo.az-a danışan psixoloq Nizami Orucovun fikrincə, özünəqəsd müxtəlif səbəblərdən ola bilər.

O deyib ki, bu, başqasını cəzalandırmaq, mənəvi olaraq hiss etdiyi acını, canına zərər verərək əvəzləmək üçün atılan addımdır:

“Həmçinin bir ara intiharlar ard-arda olmağa başlamışdı. Sanki bir axın var idi və insanlar sıra ilə həyatlarına son verməyə başlamışdı. Təsir altına düşmə, o cür sonluğa pərəstiş etmə də buna səbəb olaraq sayıla bilər. İnsanlar mübarizə aparmağa meylli deyillər artıq. Qısa yolu, asanı seçməyə üstünlük verirlər. Bir şey istədikləri kimi olmayanda, ya da heç olmayanda bunu həyatlarından imtina edərək əvəz çıxmağa çalışırlar. Fikirləri dar, məhduddur. Öz düşüncələrinin içinə həbs olmuş şəkildə bu qərara gəlirlər”.

Psixoloqun sözlərinə görə, intiharın ən böyük səbəbi kənar təsirlərə asanlıqla düşmələri, öz istəklərini dəqiq bilməmələri, mübarizəyə çalışmamalarıdır:

“Özlərini araşdırmaq, tapmaq və dərinliklərində nə baş verdiyini sorğulamaq əvəzinə, özlərini birdəfəlik məhv etməyi üstün tuturlar. Ən asan yol kimi bunu görürlər. Çevrənin də bunda rolu olur”.

nizami orucov yeni

Nizami Orucov

N.Orucov kimlərin intihara meylli olduğunu açıqlayıb:

“- ünsiyyətə cəlb etməmə;

– yola vermə;

– dinləməmə;

– fikirlərini, intiharla bağlı ötürdüyü siqnalları ciddiyə almamaq;

– Daha da üstünə gedib, “özünü öldürəcək adam öldürərdi indiyə kimi” – deyə cümlələrlə yanaşmaqla, daha da dibə düşüb, buna meylli olmasına səbəbkar ola bilərlər”.

Psixoloq intiharın qarşısının alınmasının bir neçə yolu olduğunu qeyd edib:

“- Kütləvi maarifləndirmə;

– Psixoloji dəstəyin, psixoloqa getməyin müsbət tərəflərini cəmiyyətə aşılamaq;

– Depressiv paylaşımları, həyatları təbliğ etməmək;

– Düzgün təsəvvür formalaşdırmaq, fəaliyyətləri düşünərək etmək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: