İmran Xan məhkəmə binasını tərk etdi

Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan İslamabadda Ali Məhkəmənin binasını tərk edib.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü “Dawn” qəzeti məlumat yayıb.

Məlumata əsasən, İmran Xan “təhlükəsizlik qüvvələrinin üzvlərinin müşayiəti ilə İslamabadın baş müfəttiş müavininin [polis] avtomobilində gedib.

Bundan əvvəl Ədalət Hərəkatı Partiyasının Twitter səhifəsində İ.Xanın tərəfdarlarına videomüraciəti yerləşdirilmişdi. Keçmiş baş nazir onun azadlığa buraxılması ilə bağlı daha əvvəl qəbul edilmiş qərara baxmayaraq, İslamabad Ali Məhkəməsinin binasında 3 saat zorla saxlandığını bildirmişdi və həmçinin tərəfdaşlarını “dinc etiraza hazır olmağa” çağırmışdı.

Qeyd edək ki, cümə axşamı Pakistanın Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz hesab edib və onun həbsdən azad edilməsinə göstəriş verib.