
İstanbul meri Əkrəm İmamoğlunun “gizli kassası” Ertan Yıldız həbs olunub.
Globalinfo.az xəbər verir ki, bununla da əməliyyatda saxlanılanların sayı 88-ə çatıb.
İstanbul Böyükşəhər Bələdiyyə Təşkilat Komissiyasının sədri Ertan Yıldızın Bakırköydəki ticarət mərkəzindən 5 milyon avro rüşvət istədiyi, ala bilmədiyi üçün 197 milyon lirə cərimə müəyyənləşdirdiyi iddia olunub.
Yıldızın tutulmamaq üçün əməliyyat günü mobil telefonunu həyat yoldaşının çantasına qoyub qaçdığı da bildirilib.
Əliyar Xəlil
Globalinfo.az