İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən əlaqələri ikitərəfli səviyyədə bütün sahələrdə və çoxtərəfli konteksdə daha da inkişaf etdirəcəyik.

Cənab Prezident, bir daha Sizə təbriklərimi çatdırır, Azərbaycan xalqının firavanlığı və inkişafı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, Quido Krosetto bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan Prezidentinə ən xoş arzularını çatdıran italiyalı nazirin paylaşımında deyilir:

“Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır. Biz ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq sayəsində indiyə qədər tutduğumuz yolda əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəyik”.