1705264578823

Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib.

Globalinfo.az xəbər verir ki, bu barədə YAP rəsmi olaraq məlumat yayıb.

Məlumatda qeyd edilib: “İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider – İlham Əliyev olacaq.
ZƏFƏRLƏRƏ DAVAM!”

Qeyd edək ki, bu gündən etibarən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır.

Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

1705264677622

Paylaş: