İlham Əliyev və Lukaşenkonun Şuşada nahar menyusu

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.

Globalinfo.az xəbər verir ki, “Pul Pervoqo” prezidentlərin nahar menyusunu paylaşıb.

Menyuda Şuşa mətbəxinə məxsus iki yemək də olub – qatıqlı aş və boyana plov.

Həmin menyunu təqdim edirik:
Tərəvəz/pendir assorti
Qatıq-aş (Şuşa mətbəxi)
Nərə balığı ləvəngisi
Kükü
Vələs yarpağından dolma
Soğanda qızardılmış toyuq
Sacda ət
Təndirdə quzu
Assorti kabab
Boyana plov (Şuşa mətbəxi)
Panna-kotta (İtaliyan şirniyyatı, şəkərsiz)
Milli şirniyyatlar