İki qəza oldu: “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yarandı – FOTO

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində iki yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, qəzalar səbəbindən metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunublar.