İki məşhur sənətkarın möhtəşəm tar və saz dueti – VİDEO

1747942476727 i2hnvq 2 0

Ustad tarzən Möhlət Müslümov özünün sosial şəbəkə hesabında olduqca maraqlı video paylaşıb.

Aşıq Ədalət Dəlidağlı ilə Möhlət Müslümov verilişlərin birinin çəkilişi zamanı tar və saz dueti ediblər. Məşhur “Duman, salamat qal, çən, salamat qal” şeirinə oxunan aşıq havası onların ifasında səsləndirilib.

Globalinfo.az bildirir ki, videodan göründüyü kimi, bu görüntülər böyük ehtimalla Qorxmaz Tofiqoğlunun təqdimatında İTV-də yayımlanan “Ozan məclisi” verilişi üçün çəkilib.