Karapetyan

Ermənistanın paytaxtı İrəvanda “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın tərəfdarları İstintaq Komitəsinin binası qarşısında aksiya keçirirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Karapetyanın gətirildiyi İstintaq Komitəsinin binası ətrafına polis əlavə qüvvələr cəlb edib. Onlarla tərəfdar binanın qarşısına toplaşaraq vətənpərvərlik musiqisi sədaları altında “Samvel! Samvel!” və “Samvellə birlikdə Güclü Ermənistan!” şüarları səsləndirirlər.

Samvel Karapetyan çərşənbə günü vəzifə səlahiyyətlərindən sui-istifadə və “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə ziyan vurulması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Onun partiyasından olan deputat David Kazinyan jurnalistlərə açıqlamasında ittiham tərəfinin siyasətçinin barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edəcəyindən narahatlığını bildirib.

Bu arada Karapetyan Dövlət Gəlirləri Komitəsinin binasından həbs barədə vəsatətə baxılması üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə aparılıb.

Ermənistan mediasının məlumatına görə, İstintaq Komitəsi sözügedən cinayət işi üzrə, o cümlədən Samvel Karapetyan da daxil olmaqla, ümumilikdə 9 nəfərin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: