Bruselj01 ss 673c593495f56 scaled
Evropske zastave pred stavbo Berlaymont, sedežem Evropske komisije v Bruslju.
02.05.2013
Foto: Shutterstock

Monteneqronun 2027-ci ilin sonunadək Avropa İttifaqının (Aİ) 28-ci üzvü olması mümkündür.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının illik genişlənmə hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, Monteneqro 2026-cı ilin sonuna qədər Aİ-yə üzvlüklə bağlı danışıqları yekunlaşdıra bilər. Danışıqlar uğurla başa çatarsa, ölkə 2027-ci ilin iyununda keçiriləcək sammitdə ittifaqa qoşulma sazişini imzalaya bilər.

Sənəd bütün Aİ üzv dövlətləri tərəfindən təsdiqlənəcəyi təqdirdə, Monteneqro həmin ilin sonunadək birliyə 28-ci üzv kimi qoşula bilər.

Bunun üçün ölkənin Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalara və viza məhdudiyyətlərinə tam şəkildə qoşulması da tələb olunur.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: