qirmizi kart 131

Braziliyanın Minas-Jerays ştatında U-20 komandaları arasında keçirilən matç kütləvi dava və görünməmiş sayda qırmızı vərəqə ilə yadda qalıb.

Globalinfo.az xəbər verir ki, “Uberlandiya” və “Mamore” komandalarının qarşılaşmasında baş hakim Fernando Patrik ümumilikdə 53 qırmızı vərəqə göstərib.

Matçın protokoluna əsasən, meydandan 43 futbolçu, məşqçi heyətlərinin səkkiz üzvü və klubların iki rəhbər şəxsi kənarlaşdırılıb.

Qarşılaşmanın 54-cü dəqiqəsində “Mamore”nin futbolçusu Davi komandasının hesabı 3:1-ə çatdıran qolundan sonra rəqib komandanın ehtiyat oyunçular skamyasına tərəf jestlər edib. Bu hərəkət ehtiyat oyunçuların və komanda rəsmilərinin də qoşulduğu kütləvi davaya səbəb olub.

Hadisə ilə əlaqədar ştat federasiyasının intizam orqanlarının hər iki kluba əlavə sanksiyalar tətbiq edəcəyi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: