Rusiya Prezidenti Vladimir Putin ölkəsinin heç vaxt digər dövlətlər üçün təhlükə mənbəyi olmadığını və əməkdaşlığa can atdığını iddia edib.
Globalinfo.az xəbər verir ki, Putin bu fikirləri dövlət mükafatlarına layiq görülmüş əcnəbilərə müraciəti zamanı səsləndirib.
“Xüsusilə indiki dövrdə bir çox ölkədə, o cümlədən sizin təmsil etdiyiniz dövlətlərdə insanların siyasi səviyyədə ilk növbədə Rusiyanın heç vaxt heç kimə təhdid yaratmadığını görməsi çox vacibdir.
İkincisi, biz əməkdaşlığa can atırıq”, – Rusiya lideri bildirib.
Əliyar Xəlil,