wp thumb deb190

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti vəzifəsindən azad etmək planının olmadığını bildirib. O, nazirin fəaliyyətini müsbət qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, Tramp Heqsetin öz vəzifəsini yaxşı yerinə yetirdiyini vurğulayıb.

ABŞ lideri, həmçinin Pit Heqsetin Respublikaçı senator Marşa Blekbernin yerini tuta biləcəyini və bu vəzifədə böyük populyarlıq qazanacağını söyləyib.

Qeyd edək ki, “CBS News” daha əvvəl Trampın köməkçiləri ilə Pit Heqsetin mümkün istefası məsələsini müzakirə etdiyini yazmışdı.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: