adb25d184f54485a80f198f2a315d983

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı irəli sürülən tələblərin mümkün sülh danışıqlarında nəzərə alınmasının vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, Kallas bu barədə açıqlamasında danışıb.

“Ümid edirəm ki, vasitəçilər Aİ-nin xarici işlər nazirləri ilə razılaşdırdığımız Rusiyaya qarşı tələbləri əks etdirən sənədi nəzərə alacaqlar”, – o bildirib.

Kallasın sözlərinə görə, Moskva hələ də özünün maksimal tələblərini irəli sürür. O qeyd edib ki, danışıqların bərabər şərtlərdə başlaması üçün Avropa tərəfinin də tələbləri masada olmalıdır.

Qeyd edək ki, bu ay Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə görüş keçirilməsi planlaşdırılır.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: