Arif Babayev vəzifəsindən getdi

Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb xanəndənin səhhətindəki problemlər olub. O, professor kimi konservatoriyadakı fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub.