qz 1

Türkiyənin İğdır vilayətində baş verən avtoqəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.

Globalinfo.az xəbər verir ki, o, Şərur rayonu Mahmudkənd sakini, 1977-ci il təvəllüdlü Nəsirov Ramil Məhəmməd oğludur.

***11:30

Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

qz 2

Paylaş: