İbrahim Kalın HƏMAS lideri ilə görüşdü

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada HƏMAS Siyasi Bürosunun lideri İsmail Haniyə və onun nümayəndə heyəti ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN Türk”  məlumat  yayıb.

Görüşdə regional məsələlər, əsir mübadiləsi və Qəzzadakı hadisələr müzakirə edilib.

Globalinfo.az