“Ermənistan və Hindistan arasında hərbi əməkdaşlıq artır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Indian Defence Research Wing” nəşri məlumat yayıb.
Bildirilib ki, tərəflər “Pinaka Mk-II” reaktiv yaylım atəş sistemləri üçün nəzərdə tutulan raketlərinin Ermənistanda istehsalı və yığılmasının mümkünlüyü müzakirə edirlər:
“Əməkdaşlığın mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Bu prosesə ilkin mərhələdə raketlərin yığılması, daha sonra ayrı-ayrı komponentlərin Ermənistanda istehsalı və sınaqların keçirilməsi daxil ola bilər.
Belə bir razılaşmanın əldə olunması Hindistana “Pinaka” layihəsi üzrə istehsal və əməkdaşlıq imkanlarını genişləndirmək imkanı verəcək”.
Safura Bənnayeva
Globalinfo.az