Türkiyəli futbol şərhçisi və keçmiş hakim Erman Toroğlunun yunan qadınlarla bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirə obyekti olub.
Globalinfo.az xəbər verir ki, keçmiş hakim Yunanıstanla bağlı xatirəsini bölüşüb.
“Mənim vaxtımda yunan qadınlarının bığı da, saqqalı da vardı. Onların ayaqlarındakı tüklər soxulcana bənzəyirdi. Onlar dəhşətli dərəcədə eybəcər idilər. İndi isə hətta ofisiant qızlar da heyranedici görünürlər. Avropa İttifaqı bütün bunları dəyişdirdi”, – E.Toroğlu deyib.
Safura Bənnayeva
Globalinfo.az