2022 09 16 12 57 43QNbPHw2DQB29JiG1eb8h file

Yəməndəki “Ənsar Allah” hərəkatına bağlı husilər İsrailin ərazisinə hipersəs ballistik raketlə hücum həyata keçiriblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadının sözçüsü Yəhya Sariya “Əl-Məsirə” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, hücumun hədəfi Təl-Əvivdə yerləşən Ben Qurion beynəlxalq hava limanı olub və “Fələstin-2” tipli hipersəs raketindən istifadə edilib. Sariya əməliyyatın uğurla həyata keçirildiyini vurğulayıb.

Qeyd edək ki, iyulun 29-da isə “Ənsar Allah”ın siyasi büro üzvü Məhəmməd əl-Buheyti ABŞ-a məxsus ticarət gəmilərinin İsrail limanları ilə əlaqə quracağı halda husilərin hədəfinə çevriləcəkləri barədə xəbərdarlıq edib.

Tahir Turan

Globalinfo.az

Paylaş: