Hücuma hazırlıq gedir: əməliyyatlar başlaya bilər – Xanumyan

Bu gün Azərbaycan kifayət qədər aqressiv ritorikadan istifadə edir və hərbi potensialını gücləndirir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu iddianı keçmiş Qarabağ separatçılarının keçmiş nümayəndəsi Ayk Xanumyan səsləndirib.

O bildirib ki, xarici cəbhədə Bakının 2020-ci ilin sentyabrına qədər həyata keçirdiyi diplomatik və digər hazırlıqları “müşahidə edir”:

“Ona görə də mən Azərbaycan tərəfdən müharibəyə hazırlıq görürəm və hesab edirəm ki, 2024-cü ildə Ermənistana qarşı hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir”.

Onun sözlərinə görə, Azərbaycan İran tərəfi ilə məsələləri həll edə bilsə, Zəngəzura hücum edə bilər.