kiyev

Ukraynanın “Hörümçək toru” əməliyyatının əsl səbəbi ortaya çıxıb.

Globaloinfo.az xəbər verir ki, bu barədə kanadalı jurnalist Aron Meyt Cadqinq paylaşım edib.

O bildirib ki, Kiyev Rusiyanın hərbi aerodromlarına hücum etməklə Qərbə mesaj ötürməyə çalışıb:

Ukrayna istəyirdi ki, Qərb onların hələ də döyüşü davam etdirdiyinə və daha çox hərbi dəstəyə ehtiyaclarının olduğuna inansın”, – jurnalist qeyd edib.

Xatırladaq ki, iyunun 1-də Ukrayna ordusu Rusiyanın 5 regionunda, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərində hərbi aerodromlara hücum edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: