hormuz 11

Panama bayrağı altında üzən “On Peace” tankeri Hörmüz boğazından keçməyə cəhd edərkən atəşə tutulub, nəticədə 12 heyət üzvü yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” Hindistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

“Ticarət gəmisinə bugün edilən hücumu pisləyirik… 19 heyət üzvündən 17-si Hindistan vətəndaşıdır. Məlumdur ki, 12 heyət üzvü, o cümlədən 11 Hindistan vətəndaşı yaralanıb”, – qurumdan bildirilib.

Oman hakimiyyətinin dəstəyi ilə yaralanan dənizçilər təxliyə edilib və müalicə üçün Əl-Xəsaba çatdırılıb.

“Regionda gəmilərə hücum hallarının davam etməsi Hindistanda hələ də dərin narahatlıq doğurur. Sülh və sabitlik naminə biz bir daha bu cür hücumların dərhal dayandırılmasına çağırırıq”, – qurumdan əlavə edilib.

Hindistan XİN həmçinin beynəlxalq su yolları ilə gəmiçilik və ticarəti mümkün qədər tez bərpa etməyə çağırıb.(“Report”)

Paylaş: