“Hizbullah”ın daha iki komandiri öldürüldü

hizbullah0

İsrail ordusunun Livanın Tir bölgəsinə endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın iki komandiri zərərsizləşdirilib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Hizbullah” qüvvələrinin sahil sektoru komandiri Musa İzzəddin və “Hizbullahın” sahil sektorundakı artilleriya komandiri⁠ Həsən Məcid Daib zərərsizləşdirilib.

“Onlar oktyabr ayında İsrailə doğru 400-dən çox mərmi atılmasına cavabdeh olublar”, – deyə SAXAL-ın məlumatında qeyd olunub.