Hikmət Hacıyevin bəyanatı İrəvanda müzakirə başlatdı

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bəyanatı xüsusi diqqət çəkir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

“Delimitasiya və demarkasiya prosesinin Ermənistan və Azərbaycan arasında danışıqlar sənədindən çıxarılması və ayrıca müzakirə edilməsi müəyyən təhlükələr yaradır. Əsas təhlükə odur ki, sərhəd məsələlərində dərin problemlər yeni eskalasiyaya və ya partlayışa gətirib çıxara bilər”, – Abramyan iddia edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sərhədlərin demarkasiyası məsələsinin sülh müqaviləsindən ayrılması fikri ilə çıxış edib.

Ermənistan parlamentinin spiker Alen Simonyan H.Hacıyevin sözügedən bəyanatının rəsmi İrəvan üçün də məqbul olduğunu bildirib.

Safura Bənnayeva
Globalinfo.az