“Son 70 ilin ən güclü El-Ninyo hava hadisəsi 2027-ci ilin sonunadək dünyada azı 49 milyon insanın ciddi ərzaq çatışmazlığı ilə üzləşməsinə səbəb ola bilər”.
Globalinfo.az xəbər verir ki, bununla bağlı BMT xəbərdarlıq edib.
“Yaranacaq quraqlıqlar, daşqınlar və yağıntı rejimindəki ciddi dəyişikliklər 45 ölkədə kənd təsərrüfatına və ərzaq istehsalına ağır zərbə vura bilər”, – deyə bildirilib.
Ümumdünya Ərzaq Proqramının (WFP) hesablamalarına görə, kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayının təxminən 225 milyondan 274 milyona yüksəlməsi mümkündür.
Qetzin 2023-cü ildə Rusiya ilə bağlı dedikləri şok etdi
Mütəxəssislərin proqnozuna əsasən, El-Ninyo ilin sonuna doğru pik həddə çatacaq:
“Nəticədə yaranacaq ekstremal və qeyri-sabit hava şəraiti məhsuldarlığı azaldacaq, kənd təsərrüfatı istehsalını zəiflədəcək və qlobal ərzaq təhlükəsizliyi ilə bağlı problemləri daha da dərinləşdirəcək”.
Qeyd edək ki, El-Ninyo (El Niño) — Sakit okeanın ekvator hissəsində dəniz səthinin temperaturunun normadan xeyli yüksəlməsi ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Bu dəyişiklik atmosfer dövranına təsir göstərərək dünyanın müxtəlif bölgələrində hava şəraitini dəyişdirir.
Safura Bənnayeva
Globalinfo.az