IMG 20250820 WA0040

Avqustun 22-də Türkiyə hökuməti Qars–İğdır–Aralık–Dılucu dəmir yolunun tikintisinə başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, strateji layihə Zəngəzur dəhlizinin əsas hissəsi kimi nəzərdə tutulur və region üçün mühüm iqtisadi və geosiyasi əhəmiyyət daşıyır.

Yeni dəmir yolu xətti Türkiyəni birbaşa Azərbaycanla birləşdirəcək, həmçinin Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya çıxışı təmin edəcək. Layihənin başa çatmasından sonra yük və sərnişin daşımalarında böyük artım gözlənilir, həmçinin Ankara–Bakı xətti üzərində yeni logistik imkanlar yaranacaq.

Vurğulanır ki, bu infrastruktur xətti təkcə Azərbaycan və Türkiyəni deyil, eləcə də Türk Dövlətləri Təşkilatını, Çin və Avropa bazarlarını birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək.

Turan 

Globalinfo.az 

Paylaş: