sinvar

HƏMAS-ın yeni lideri Yəhya Sinvar İsraillə atəşkəsin əldə edilməsində maraqlıdır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı İsrailin “12-ci kanal”ı yayıb.

Məlumata görə, Sinvar artıq HƏMAS-ın Qəzzadan kənardakı rəhbər heyətinə uzun məktub göndərib. O, məktubunda İranın mümkün hücumundan əvvəl İsraillə razılıq əldə edilməsinə çağırıb.

Televiziya Sinvarın Tehranla yaxşı münasibəti olmadığını bildirib.

Sinvar məktubunda Qətərdəki təşkilat rəhbərliyindən danışıqlara qatılmamasını istəyib. O, danışıqları yalnız öz müavini və Beyrutdakı Siyasi Büro üzvü Qazı Həmadın apara biləcəyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: