Parlamentdə müzakirə: Ermənistan sərhədə qoşun yığır

“Müzəffər Ali Baş Komandan və Azərbaycan ordusunun uğratdığı ağır məğlubiyyətdən dərs çıxarmayan Ermənistan bütün hiyləgərliyi ilə baş əydiyi “xozeynlər”inə hər şeyini verməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Fəzail Ağamalı Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında deyib.

Deputat Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı yeni təxribat xarakterli hərəkətlərə yol verdiyini, bunun isə revanşist məqsədlərdən irəli gəldiyini bildirib:

“Hazırda Ermənistan Rusiyanın təsirindən çıxıb Qərbin təsirinə keçməkdədir. Bu gün keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş də regionda sülhə xidmət etmir. Bu, Azərbaycana və sülhə qarşı yönələn, Emrənistanın revanşist mövqeyini gücləndirən, onun silahlanmasına əsaslar yaradan addımdır. Azərbaycan şərti sərhəd boyu Avropa İttifaqının kəşfiyyat qurupları dolaşır. Nikol Paşinyan öz addımları və açıqlamaları ilə revanşist mövqeyini açıq şəkildə əks etdirir, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Ermənistan bu iddialardan əl çəkdiyini açıqlamalıdır. Qərbin güc mərkəzində ermənisayağı rəqs edən Paşinyan Azərbaycan və region üçün Köçəryan və Sərkisyan qədər ciddi təhlükə yaradır. 4 ildir ki, sülh niyyətlərini bloklayan Ermənistan təcəvüzkar məqsədlərini davam etdirir. Lakin İrəvan 8 kəndi qaytarmaq əvəzinə sərhədə qoşun yerləşdirib təxribatlar törətməkdədir”.

Ayşən Mustafa
Globalinfo.az