Havay adalarında güclü zəlzələ

Havay ştatının yerləşdiyi Havay adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Onun məlumatına görə, zəlzələnin episentri 43 minə yaxın insanın yaşadığı Hilo şəhərindən 90 km cənubda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.