Bu gün Heydər Əliyev Sarayında Azərbaycanın sevilən ifaçısı Gülay Zeynallının möhtəşəm konserti keçirilib.
Globalinfo.az xəbər verir ki, “Doya-doya” adlı gecədə tamaşaçılar duyğusal və zəngin musiqi proqramının şahidi olublar. Səhnədə sənətçinin illərdir sevilən hitləri səsləndirilib və dinləyicilər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Konsert zamanı çıxış edən Gülay Zeynallı zalda onu sevənlərin əksəriyyətinin qadın olmasından məmnunluğunu ifadə edib. O bildirib ki, bir xanım sənətçinin dinləyicilərinin böyük hissəsinin qadınlardan ibarət olması xüsusi və xoş bir hissdir.

Ləman İmran
Globalinfo.az