
Ölkənin qərb bölgəsində hava şəraiti kəskin dəyişib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir verir ki, güclü külək Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində fəsadlar törədib.
Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstaf rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr müşahidə olunmaqdadır.
Tovuz rayonunda isə küləyin şiddəti artır. Bu dəqiqələrdə küləkli hava şəraiti davam etməkdədir.
Qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.
Ölkənin qərb bölgəsində küləkli hava şəraiti davam edir. Əsən güclü küləyin təsiri nisbətən azalıb.