Göygöldə “KAMaz” minik avtomobili ilə toqquşdu – Ölən və yaralılar var

Göygöl rayonu ərazisində ağır yol qəzası baş verib, nəticədə bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “VAZ-21015” markalı avtomobilin “KAMaz” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Müşfiq Bayramov ölüb, 1998-ci il təvəllüdlü Tahirli Xalay Malik oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Bayram Vəli oğlu və onların həmyaşıdı Hüseynli Elgün Mübariz oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.