Göygöldə içməli su xəttində qəza baş verdi

Göygöl rayonunda magistral içməli su xəttində qəza olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Kürəkçay mənbəyindən Göygöl şəhəri və kəndləri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.

Yaranmış problemin aradan qaldırılması istiqamətində Göygöl rayon Sukanal idarəsi tərəfindən artıq lazımı işlərə başlanılıb.

Belə ki, d-400 mm plastik magistral su xəttində olan qəzanın aradan qaldırılması üçün əraziyə xüsusi texnikalar və işçi qüvvəsi cəlb olunub.

Su xəttinin bərpası mümkün qədər tez bir zamanda başa çatacağı bildiril