Göygöldə ağır qəza: xəsarət alanlar var – FOTO

67bb3d4bb2c8067bb3d4bb2c81174032417167bb3d4bb2c7e67bb3d4bb2c7f
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin ehtimalara görə, qəzaya səbəb yolunun buzlu olması olub.

Faktla bağlı araşdırma aparılır.