1684314422 03eb58dae0e6901414ec0834e43198f7 7

Bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticədə 6 nəfər, 1998-ci il təvəllüdlü Haqverdiyev Rauf, 1995-ci il təvəllüdlü Məsimov Kərim, 2020-ci il təvəllüdlü Məsimov Orxan, 2020-ci il təvəllüdlü Məsimov Ayxan, 2000-ci il təvəllüdlü Əliyev İsa və 2006-ci il təvəllüdlü Əliyev Loğman xəsarət alıblar.

7 yaşlı Məsimov Nihat isə aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

***19:22

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş: