AA 20260729 42097652 42097643 CANAKKALE MERKEZDEKI ORMANLIK ALANDA CIKAN YANGINA MUDAHALE EDILIYOR

Goranboy rayonunda müəllim sirkə turşusundan zəhərlənərək ölüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Belə ki, Ofelya Musayeva sirkə turşusundan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanalardan birinə yerləşdirilib.

Ona lazımi tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, mərhum Borsunlu kənd tam orta məktəbində rəsmxət fənnini tədris edirdi.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: