Goranboyda avtomobil traktorla toqquşdu: Yaralılar var

Goranboy rayonunun Tatarlı kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, “VAZ-2107” markalı minik avtomobilinin traktorla toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Ələsgərova Təyübə Cəbi qızı, 1992-ci il təvəllüdlü Ələsgərov Toğrul Çapay oğlu, 2001-ci il təvəllüdlü Ələsgərova Arzu Rüfət qızı, 2020-ci il təvəllüdlü, Ələsgərli Aylın Toğrul qızı, 1999-cu il təvəllüdlü Babayeva Aytac Etibar qızı, 1995-ci il təvəllüdlü Ələsgərov Zeynalabdin Çapay oğlu və daha 1 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onların vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.