FotoJet 2023 02 08T202805.188 1

Gəncədə də Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım toplanılır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin müraciətindən dərhal sonra ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində yardımlar toplanılmağa başlanılıb.

Sakinlər, sahibkarlar, müəssisə, idarələr, cəmiyyətlər və ictimai birliklər tərəfindən zəlzələdə zərərçəkənlərə dəstək məqsədilə yardımlar müvafiq qurumlar tərəfindən təyin olunmuş məkana çatdırılıb.

Bununla yanaşı, dünəndən başlayaraq Türkiyənin Gəncədəki Baş Konsulluğunun önündə zəlzələdə dünyasını dəyişən şəxslərin xatirəsinə yaradılmış güşə sakinlər tərəfindən ziyarət edilir, gül dəstələri düzülür.

e2032267 a51e 3500 be25 669d30b3c590 c7b562bc 0d98 307b 9df6 502f30ab629f c0658a6a bec1 30a6 a0b0 16a8c8025199 d2a92117 64c8 3d9e 9cce 204dcefb8c3f

Paylaş: