Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncədə baş verən qəza zamanı həyatını itirən 22 yaşlı gənc – Amin ismayılov kuryer işləyirmiş.
Hadisə yerində Amindən geriyə qalan kuryer çantası, dağılmış motosiklet hissələri və bir cüt ayaqqabı… Bunlar sadəcə əşyalar deyil, çörək pulu qazanmaq üçün yollara düşən bir insanın alın tərinin, zəhmətinin və yarımçıq qalan həyat hekayəsinin səssiz şahidləridir.

***23:57
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili ilə moped toqquşub. Qəza nəticəsində mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.