q%C9%99za 1 1 900x498 1

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən “Hyundai” markalı sərnişin avtobusu “Range Rover”ə çırpılıb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 8 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumata görə, qəzada 1998-ci il təvəllüdlü Ə.Əliyev, 2000-ci il təvəllüdlü A.Mehdiyev, 1995-ci il təvəllüdlü S.Məmmədova, 1986-cı il təvəllüdlü E.Həsənova, 1989-cu il təvəllüdlü Ə.Süleymanov, 2024-cü il təvəllüdlü Ə.Süleymanova, 2022-ci il təvəllüdlü M.Süleymanova və 1996-cı il R.Məmmədova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, iyunun 15-də Gəncədə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (2 qadın, 4 kişi) saat 18:00 radələrində Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına və Akademik Z.Məmmədov adına tibb müəssisələrinin Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 5 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”, – məlumatda deyilir.

6a30117caa4066a30117caa40717815351006a30117caa4046a30117caa405 6a30117cdb3d76a30117cdb3d817815351006a30117cdb3d56a30117cdb3d6 6a30117d209b96a30117d209ba17815351006a30117d209b66a30117d209b7

Paylaş: