yanginsondurən2

Gəncədə yanğın baş verib. 

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Poçt qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən evlərin birində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev sahibi 1969-cu il təvəllüdlü Famil Məhərrəm oğlu Cabbarovun təzyiqi qalxıb və təcili tibbi yardım xidməti əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Baş verən yanğın söndürülüb.

Paylaş: