WhatsApp Image 2026 08 05 at 22.04.14 7

Gəncədə sərnişin avtobusu minik maşını ilə toqquşub.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospekti ilə Mirzə Abbas Abbaszadə prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, qadın sarücünün idarə etdiyi “Chevrolet” markalı minik maşını 13 nömrəli xətt üzrə hərəkət edən “Baku Bus” şirkətinə məxsus sərnişin avtobusuna çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyab dəyib.

Qəza yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

1 2 2 1 3

Paylaş: