Şamaxıda ağır yol-nəqdliyyat hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qızmeydan kəndi ərazisində olub.
Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə zamanı 1956-cı il təvəllüdlü Şövkət Aslanova ölüb, sürücü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov isə ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
