Füzulidə ağır qəzada həlak olan DİN əməkdaşı barədə məlumat – YENİLƏNİB

Sentyabrın 19-da Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

***07:00

Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlarımız xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.