FTB araşdırmalara başladı: ABŞ rəsmisi İran casusudur?

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli ilə bağlı aparılan araşdırma göstərdi ki, o, məxfi hökumət sənədlərini şəxsi cihazlarına yükləyib. Ehtimal edilir ki, diplomatik vəzifələrini yerinə yetirmək üçün digər dövlətlərin nümayəndələri ilə paylaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Semafor” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Malli prezident Co Bayden administrasiyasında ABŞ-ın İran problemlərini həll etmək səlahiyyətlərini yerinə yetirib. Ötən ilin aprelində Dövlət Departamenti onu heç bir izahat vermədən geri çağırıb, iki ay sonra isə Malli  ödənişsiz məzuniyyətə göndərilib. Bunun ardınca Federal Təhlükəsizlik Bürosu (FTB) Mallinin ABŞ hökumətinin məxfi məlumatlarını xaricə sızdırıb-sızdırmadığını müəyyən etmək üçün araşdırmalara başlayıb.

Nəşr yazır ki, Malli xidmət etdiyi müddətdə bütün məlumatları şəxsi cihazlarına köçürüb. Belə ki, o, vəzifəsindən kənarlaşdırılana qədər İran rəsmiləri ilə görüşüb. Ehtimallara görə, sızdırılan məlumatlar arasında AĞ Evin 2022-ci ilin payızında İranda baş verən genişmiqyaslı siyasi etirazlara reaksiyasına əks etdirən informasiyalar da ola bilər.

İran üzrə xüsusi nümayəndə ilə bağlı aparılan təhqiqatının nə ilə nəticələnəcəyi isə hələlik bəlli deyil.

Müşviq Tofiqoğlu
Globalinfo.az