makron

“İtaətsiz Fransa” partiyası Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması üzrə qətnamə layihəsini parlamentə təqdim edib”.

Globalinfo.az BFMTV-yə istinadla xəbər verir ki, bunu partiyanın Milli Assambleyadakı fraksiyasının sədri Matilda Pano bildirib.

“Bayru hökuməti istefaya gedib. Makron onun ardınca getməlidir”, – deyə o vurğulayıb.

Pano hesab edir ki, Makron Fransadakı qeyri-sabitliyə görə məsuliyyət daşıyır:

“Bu gün biz Makronun impiçmenti ilə bağlı vəsatət vermişik”.

Sənədi əksəri “İtaəsiz Fransa“nın üzvləri olan 86 deputat imzalayıb.

Paylaş: