putin pezeshkian

Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş avtomatik olaraq sonrakı beş illik dövrlərdə uzadılmaqla 20 il müddətinə bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Pezeşkian və Putin tərəfindən imzalanan yeni sənəd 2001-ci ildən iki ölkə arasında münasibətləri tənzimləyən müqaviləni əvəz edəcək.

Putin vurğulayıb ki, saziş Rusiya və İran arasında əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsini simvollaşdırır.

Sənədin əsas müddəaları:

1. Rusiya və ya İrana hücum zamanı təcavüzkara heç bir köməklik göstərməmək;

2. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək;

3. Qlobal təhlükəsizliyi qorumaq üçün hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək;

4. Kəşfiyyat orqanları arasında əməkdaşlığı gücləndirmək;

5. Təbii və texnogen xarakterli fəlakətlər zamanı bir-birlərinə köməklik göstərmək;

6. Üçüncü ölkələrdən müstəqil ödəniş infrastrukturu yaratmaq üçün qarşılıqlı fəaliyyət göstərmək;

7. Dezinformasiya və neqativ təbliğata qarşı iki ölkənin mediası arasında əməkdaşlığı təşviq etmək.

Müqavilənin müddəti 20 ildir. Vaxt bitdikdən sonra avtomatik olaraq daha beş il müddətinə uzadılacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: