ff

Fransada hökumət siyasətinə, yaşayış xərclərinin artmasına və təhsil sistemindəki problemlərə qarşı keçirilən etiraz aksiyaları yeni toqquşmalarla müşayiət olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Bildirilib ki, oktyabrın 31-də ölkə üzrə keçirilən aksiyalarda 320 min nəfər iştirak edib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisələrlə əlaqədar 565 nəfər saxlanılıb.

Paytaxt Parisdə vəziyyət daha da gərginləşib. Etirazçılardan bəziləri polis əməkdaşlarına daş və molotov kokteylləri atıb. Nəticədə beş hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, onlardan üçünün yanıq xəsarətləri aldığı bildirilir.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Aksiyalar Lion, Tuluza və digər şəhərlərdə də baş tutub. Hakimiyyət orqanları ölkə üzrə təhlükəsizliyi təmin etmək üçün 70 min polis və jandarm əməkdaşını səfərbər edib.

Qeyd edək ki, etirazların əsas səbəbləri yaşayış xərclərinin artması, təhsil şəraitindən narazılıq, sosial bərabərsizlik və dövlət xidmətlərinin vəziyyətidir. Tələbə təşkilatları noyabrın 3-də məktəb və universitetlərdə yeni blokadalar keçirməyi planlaşdırır. Həmçinin noyabrın 5-də işçi təşkilatlarının iştirakı ilə yeni aksiya gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: