Fransa müdafiə naziri İrəvana gəlir – Səfəröncəsi mesaj

Sabah Fransa müdafiə naziri Stefan Sejurnenin Ermənistana səfəri gözlənilir.

Globalinfo.az xəbər verir ki, səfəri ərəfəsində o, “X” səhifəsində paylaşım edərək Parisin Ermənistanın yanında olduğunu bildirib.

“Fransan Ermənistanın yanındadır. Bu, tarixi tərəfdaş və dost ölkədir. Bizim onun müstəqilliyinə, ərazi bütövlüyünə və sülhə can atmasına dəstəyimiz sarsılmazdır. Biz Ermənistanın dayanıqlılığının təminatı üçün strateji infrastrukturun inkişafını dəstəkləyirik”, – deyə o yazıb.

Qeyd edək ki, Sejurne Ermənistanla yanaşı Moldova və Yunanıstana da gedəcək. Maraqlı olan isə Sejurnenin səfərinin Fransa prezidentinin mümkün Ermənistan səfərindən 1 həftə öncəyə təsadüf etməsidir. Belə ki, Makronu sentyabrın 21-də Ermənistanda gözləyirlər.

Əliyar Xəlil
Globalinfo.az